Akademiya üçün Hollandiyada. FOTOLAR
Akademiya üçün Hollandiyada. FOTOLAR
Məlum olduğu kimi `Qarabağ`ımızla `Tvente`nin qardaşlasması və bunun nəticəsində geniş həcmli əməkdaşlıq layihələrinin reallaşacağını xəbər vermişdik. Və artıq proyektin ilkin addımları atılmaqdadır. Klubumuzun vitse-prezidenti Tahir Gözelin mətbuata verdiyi açıqlamada bildirdiyi kimi `Tvente` və `Qarabağ` uşaq futbolunda ortaq akademiya acmağı planlaşdırır. Və artıq bu məqsədlə komandamızın uşaq futbolu koordinatoru Hemdi Serpil Tüzün Hollandiyaya yola düşüb.
`Tvente`nin qonağ`ı olan Hemdi Serpil Tüzün Hollandiya Futbol Federasiyasının Zeist şəhərində yerləşən Hollandiya milli yığma komandaların bazası və yeniyetmə futbolcuların yetişdirilməsi üçün nəzərdə tutulan idman mərkəzində Hollandiyanın ildə bir dəfə nəzərdə tutulmuş yeniyetmələrin Futbol gününə həsr olunmuş seminarda iştirak etmişdi. Həmin seminarda cox tanınmış simaları: Dennis Bergkamp, Frank de Boer, Phillip Cocunu görmək də mümkündü.
Hemdi bəyin Hollandiya səfərinin təfərrüatları barəsində saytımızı izləməyi unutmayın...