Akademiyada “Oyun qaydaları” üzrə mühazirə

single-news
6 Noy 2023

Akademiyada “Oyun qaydaları” üzrə mühazirə



“Qarabağ” futbol akademiyasında növbəti seminar baş tutub. Tədbir AFFA-nın Hakimlər Departamentinin üzvü Ömər Paşayev və klubumuzun Gənclər Futbolunun İnkişafı proqramının rəhbəri Elşad Xudadatovun nəzarəti altında baş tutub.

“Qarabağ”ın aşağı yaş qrupları üzrə koordinatoru Aftandil Haciyevin də iştirak etdiyi seminar klubumuzun U-15, U-16, U-17, U-19 komandalarının oyunçu və məşqçiləri üçün təşkil olunub. Onlara “Oyun qaydaları” üzrə mühazirə oxunub, zəruri izahlar verilib. Seminarın sonunda futbolçuları maraqlandıran suallar cavablandırılıb.

Paylaş

// pop up