Akademiyada seminar
12 Dek 2023
Akademiyada seminar
AFFA və “Qarabağ” birgə seminar təşkil edib. Klubumuzun futbol akademiyasında baş tutan tədbir danışılmış oyunlara qarşı mübarizəyə həsr olunub.
“Qarabağ”ın aşağı yaş qrupları üzrə koordinatoru Aftandil Haciyevin iştirakı ilə gerçəkləşən seminar AFFA-nın məsul şəxsi Seymur Səlimlinin və “Qarabağ”ın Gənclər Futbolunun İnkişafı proqramının rəhbəri Elşad Xudadatovun nəzarəti altında keçirilib. U-15, U-16, U-17, U-19 Komandalarının oyunçuları və məşqçiləri üçün “Danışılmış oyunlara” qarşı mübarizə üzrə seminar təşkil olunub. Tədbir zamanı AFFA tərəfindən təqdim edilmiş əyani vasitələrdən istifadə edilib.
