Akademiyamıza beş uşaq seçildi

28 Apr 2021
Akademiyamıza beş uşaq seçildi
“Qarabağ” FK-nın aşağı yaş qrupları üçün Bakıda seçimləri keçirilib.
Tofiq Bəhramov adına Respublika stadionunun məşq meydançasında baş tutan seçimlərdə 2009, 2010 və 2011-ci il təvəllüdlü oğlanlar iştirak ediblər. 100-ə yaxın uşağın qatıldığı seçimlərdə 5 nəfər akademiyamıza qəbul edilib.
Növbəti seçimlərimiz barədə məlumat veriləcək.