Albanlar da `Qarabağ`da...

single-news
16 May 2013

Albanlar da `Qarabağ`da...



`Qarabağ`ımız daha 2 futbolçusu ilə müqavilə yeniləyib. Daha öncə Maksim Medvedev, Vüqar Nadirov, Fərhad Vəliyev və Namiq Yusifovla  imzalayan komandamız bu dəfə 2 legionerimizlə danışıqları uğurla tamamlayıb. `Qarabağ`ımızın albaniyalı legionerləri Admir Teli və Ansi Aqolli növbəti mövsüm də də komandamızın uğurları üçün tər tökəcək.
Qeyd edək ki, Admir Teli 2009-cu ilin Yanvarından `Qarabağ`ımızda top qovur. Sonuncu müdafəçi mövqeyində çıxış edən Teli stabilliyi ilə də seçilir. Ötən mövsüm bütün oyunları əvəzedilmədən keçirən cari mövsüm bu seriyanı ümumilikdə 88-ə çatdıraraq rekord qıran Teli ilə 1 1llik müqavilə imzalanıb.
Ansi Aqolli də 1 illik sazişə imza atıb. Albaniya millisinin də şərəfini qoruyan sol cinah oyunçusu `Qarabağ`ımıza 2010-cu ilin yayında qoşulmuşdu.

Paylaş

// pop up