Aleks `Fənərbaxça`dan getdi

single-news
2 Okt 2012

Aleks `Fənərbaxça`dan getdi



İstanbulun `Fənərbaxça` klubunun kapitanı Aleks de Souza komandadan getdiyini açıqlayıb. O, klub prezidenti Əziz Yıldırımla bugünkü görüşdən sonra belə bir qərar verib.
Qeyd edək ki, son vaxtlar “Fənərbaxça”nın baş məşqçisi Aykut Kocamanla Aleks arasında gərginlik yaşanırdı. Bu məsələdə Əziz Yıldırım məşqçiyə dəstək nümayiş etdirirdi.
Bu gün “Fənərbaxça” klubu Alekslə müqəvilənin qarşılıqlı şəkildə pozulduğunu elan edib.
Qeyd edək ki, Aleks 105 illik tarixi olan “Fənərbaxça” tarixində ən yaxşı legioner futbolçu hesab edilirdi. O, bu komandada 2004-cü ildən çıxış edirdi.

Paylaş

// pop up