Aleksey İsayev “Qarabağ”da

single-news
4 Yan 2024

Aleksey İsayev “Qarabağ”da



“Qarabağ” qış transfer pəncərəsində ilk futbolçu keçidini gerçəkləşdirib. Komandamız “Sabah”ın oyunçusu Aleksey İsayevi transfer edib.  Azərbaycan millisinin 28 yaşlı yarımmüdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb.


Yeni transferimiz 2020-23-cü illərdə “Sabah”ın formasını geyinib. İsayev bunadək Rusiyada “Yenisey” (2014-16, 2017-18) və “Zenit-2” (2016-18), ölkəmizdə “Sumqayıt”da (2018-20) çıxış edib. Yarımmüdafiəçi 2021-ci ildən Azərbaycan millisinə çağırılır. O, yığmada keçirdiyi 20 oyunda 1 qol vurub.

Paylaş