Aleksey Kaşuk “Qarabağ”da

single-news
3 Sen 2024

Aleksey Kaşuk “Qarabağ”da



Klubumuz növbəti transferini reallaşdırıb. Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə müqaviləsi bitdikdən sonra azad agent statusu daşıyan Aleksey Kaşuk heyətə cəlb edilib.

 

Klubumuzla 24 yaşlı hücumameylli yarımmüdafiəçi arasında 3 illik müqavilə imzalanıb.

 

Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun yetirməsi olan Aleksey Kaşuk 2019-2022-ci illərdə icarə əsasında ölkəsində “Mariupol”un, 2022-2023-cü il mövsümündə isə Azərbaycanda “Sabah”ın formasını geyinib. Ukraynanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi olub.

Paylaş