Alman hakim də “Qarabağ”ın qolunun təmiz olduğunu təsdiqlədi(Futbol+, 15.11.2007)

single-news
15 Noy 2007

Alman hakim də “Qarabağ”ın qolunun təmiz olduğunu təsdiqlədi(Futbol+, 15.11.2007)



 

Nağıbəyova alman inspektor da qiymət verib?

    Turun ən zəif hakimi kimi qiymətləndirilən Nağıbəyovun qiymətini aşağı salan əsas amil onun “Qarabağ”ın təmiz qolunu qeydə almamasıdır. Penalti epizodunda hadisə yerindən çox uzaq qaldığına görə də ciddi iradla üzləşən Eldar bəy daha aşağı qiymət almalıymış. Görünür, hakim-inspektor Məmmədəli Məmmədovun mövqeyinə, onun həmkarı, Eldar bəyin atası Əlisgəndər Nağıbəyovun AFFA-da qaldırdığı hay-küyün təsiri az olmayıb. Əlisgəndər bəy federasiyadakıları oğluna qarşı ədalətsiz mövqedə ittiham edərək, “Qarabağ”ın narazı qaldığı epizodda hakimin düzgün qərar verdiyini bildirib. Ancaq sən saydığını say gör bildiyini dədəsinə də verməyən alman mütəxəssis bu işə nə deyir. Əldə etdiyimiz bilgiyə görə, “Qarabağ” – “Bakı” oyununun kassetini üç gündür ölkəmizdə olan və hakimlər üçün seminar təşkil edən almaniyalı inspektor Vilfrid Haytmana da göstəriblər. O isə Nağıbəyovun həqiqətən də “Qarabağ”ın qolunu saymamaqla ağdamlıların qələbəsini “oğurladığını” təsdiqləyib.   

Paylaş

// pop up