Almaniya dördüncü dəfə dünya çempionu oldu
14 İyl 2014
Almaniya dördüncü dəfə dünya çempionu oldu
Futbol üzrə Braziliyada təşkil olunan sayca 20-ci dünya çempionatına yekun vurulub.
Finalda Almaniya və Argentina milliləri qarşılaşıblar.Mundialın həlledici matçının əsas vaxtında hesab açılmayıb.Lakin əlavə vaxtda Almaniya millisi Götzenin vurduğu qolla qələbə qazanıb.Almaniya 1:0 hesabı ilə qalib gələrək Cənubi Amerikada dünya kubokunu qazanan ilk Avropa komandası kimi tarixə düşüb.
