Almaniya Enkeylə vidalaşdı..VİDEO

single-news
16 Noy 2009

Almaniya Enkeylə vidalaşdı..VİDEO



Noyabrın 10-da özünü qatarın altına ataraq intihar edən alman qapıçı Robert Enke dünən torpağa verilib. Onun cənazəsi əvvəlcə şərəfini qoruduğu «Hannover»in stadionuna - «AVD-Arena»ya gətirilib. Ölkə televiziyası ilə canlı yayımlanan vida mərasimində 40 min insan iştirak edib. Azarkeşlərlə yanaşı, Enkenin həyat yoldaşı Tereza, Almaniya Futbol Federasiyasının prezidenti Teo Şvanziger, Almaniya millisinin hazırkı və sabiq baş məşqçiləri Yoahim Lövlə Yurgen Klinsman, eləcə də «Hannover» klubunun rəhbərliyi, yığma komandanın oyunçuları, Bundesliqa və xarici klubların futbolçu və təmsilçiləri, alman futbolunun əfsanəsi Frans Bekenbauer, daxili işlər naziri Tomas De Mayzer, Almaniyanın sabiq baş naziri Gerhard Şröyder, Aşağı Saksoniya Əyalətinin baş naziri Kristian Vulff və sair kimi mötəbər şəxslər qapıçıyla vidalaşmaq üçün stadiona gəliblər.

Qonaqların çıxışlarından sonra stadiona toplaşanlar birağızdan "Youll never walk alone" və Bette Midlerin "The Rose" adlı mahnılarını oxuyublar. Tabutu bu mahnıların sədaları altında stadiondan çıxarılan Enkenin cənazəsi üç il bundan əvvəl 2 yaşında ikən dünyasını dəyişən qızının qəbrinin yanında torpağa verilib. 

 

Paylaş

// pop up