ALMANİYADA "ŞALKE"... BURADA "QARABAĞ".....

single-news
23 Mar 2005

ALMANİYADA "ŞALKE"... BURADA "QARABAĞ".....



Almaniya çempionatının son 26-cı turu bəzi nüanslara görə Azərbaycan çempionatının son turu arasında oxşarlığı ilə yadda qaldı. Bunlara nəzər salaq: Son turda "Qarabağ" autsayder "Bakılı" ilə matçda oyunun ikinci dəqiqəsində qapısından top buraxdı. Almaniya çempionatının lideri "Şalke" autsayder "Mayntz" komandası ilə son tur oyununda 2-ci dəqiqədə qapısından top buraxdı. "Qarabağ" real qol imkanlarının saysız olmasına baxmayaraq, yalnız ikinci hissənin sonlarında qol vuraraq, oyunu heç-heçə bitirdi. "Şalke" də yalnız oyunun ikinci hissəsində rəqib qapısına yol taparaq, hesabı bərabərləşdirdı. "Qarabağ" oyunun sonlarında hesabda irəli çıxmağa şans qazansada rəqib buna imkan vermədi. "Şalke"nı isə əks hücumda yaxalayan rəqib hətta hesabı öz xeyrinə də dəyişə bildi. "Qarabağ" xal itkisinə baxmayaraq, çempionat boyu olduğu kimi, yenə də liderliyini davam etdirir. "Şalke" isə, bu məğlubiyyətdən sonra liderliyi bir tur əvvəl məğlub etdiyi "Bavariya"ya təhvil verdi.

Paylaş