Altıncı oyunda altıncı qələbə

single-news
27 Sen 2019

Altıncı oyunda altıncı qələbə



Bu gün Azərbaycan Premyer Liqasında VI tura start verilib. Turun ilk matçında "Qarabağ"ımız Tofiq Bəhramov adına Respublika stadionunda "Sumqayıt"ı qəbul edib. İlk dəqiqələrdən oyunda nəzarəti əlinə alan komandamız bir neçə dəfə fərqlənməyə yaxın olsa da, rəqib qapıçı yaxşı oynayıb. Yalnız ilk hissənin son dəqiqələrində komandamız hesabı açıb. Zubirin zərbəsini rəqib qapıçı dəf etsə də, qayıdan topu Kintana qapıdan keçirib. İkinci hissədə də komandamız hücumlarını artırıb. Oyunun əsas vaxtının son dəqiqəsində isə komandamız ikinci topu rəqib qapısından keçirib. Miçelin ötürməsini Mahir Emreli tamamlayıb.

Matç komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ"ımız 6 turdan sonra 18 xalla turnir cədvəlinin lideridir.

Paylaş