ANATOLİY PONOMARYOV ARTIQ «QARABAĞ»da

single-news
14 Okt 2004

ANATOLİY PONOMARYOV ARTIQ «QARABAĞ»da



Bu il Azərbaycan şempionatında ən iddialılardan sayılan Ağdamın "Qarabağ" klubu möhtəşəm transferə imza atıb. Bel ə ki, yığmamızın əsas üzvlərindən sayılan Anatoli Ponomaryov klubumuzla 2 illik müqaviləyə imza atıb. Qeyd edək ki, Yunanıstanın "Ksanti" komandasından ayrıldıqdan sonra Ponomaryov uzun müddət idi ki, klubsuz qalmışdı. Onunla Azərbaycanın digər iddialı klubları da maraqlansa da Ponomaryov son nəticədə "Qarabağ"a üstünlük verib. Artıq "Qarabağ"da iki Ponomaryov var. Çünki Anatolinin atası İqor Ponomaryov klubumuzun baş məşqçisidir. Azərbaycanın ən yaxşı məşqçilərindən biriylə ölklmizin ən perspektivli futbolçusunun komandımızda olması həm bizim üçün, həm də ümumilikdə Azərbaycan futbolu üçün böyük fəxrdir.

Paylaş