«ANDERLEXT»-«NEFTÇİ» QARŞILAŞMASININ QALİBİ «SLAVİYA» KOMANDASI İLƏ QARŞILAŞACAQ

single-news
30 İyl 2005

«ANDERLEXT»-«NEFTÇİ» QARŞILAŞMASININ QALİBİ «SLAVİYA» KOMANDASI İLƏ QARŞILAŞACAQ



Praqanın «Slaviya» komandası Çempionlar liqasının üçüncü mərhələsində «Anderlext»-«Neftçi» qarşılaşmasında qalib komandanın rəqibi olacaq. Bu, UEFA-nın qərargah mənzilində keçirilmiş püşk atmanın nəticələrinə görə məlum olub. «Trend»in məlumatına görə, Brüsseldə keçirilmiş ikinci raundun birinci qarşılaşmasında «Neftçi»nin 0:5 hesabı ilə məğlub olmasını nəzərə alaraq, Ağasəlim Mircavadovun yetirmələrininin Rusiya çempionu ilə qarşılaşmaq şansları çox azdır. Buna görə də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən cavab matçında meydan sahibləri ən yaxşı halda az hesablı qələbəyə ümid edə bilərlər. Eyni zamanda «Slaviya» çempionlar liqasının üçüncü raundundan mübarizəyə başlayır. Avropa kubokunun üçüncü mərhələsinin digər matçlarında aşağıdakı klublar qarşılaşacaq: "Bazel" (İsveçrə) – "Verder" (Almaniya): "Artmedia" (Kipr)/ "Seltik" (Şotlandiya) – "Partizan" (Serbiya və Çernoqoriya)/"Şerif" (Moldaviya); "Şaxtyor" (Ukrayna) – "İnter" (İtaliya); "Şelburn" (İrlandiya)/"Styaua" (Rumıniya) – "Rusenborq" (Norveç); "Mançester Yunayted" (İngiltərə) – "Debretsen" (Macarıstan)/ "Hayduk" (Xorvatiya); "Dinamo" (Kiyev) - "Tun" – “Malmyo" /"Makkabi" (Hayfa); "Vilyarreal" (İspaniya) – "Everton" (İngiltərə) "Liverpul" (İngiltərə)/ "Kaunas" – "Tirana" (Albaniya)/ ÜSKA (Sofiya); "Sportinq" (Portuqaliya) – "Udineze" (İtaliya); "Valerenqa" (Norveç) - "Xaka" (Finlandiya)/"Brügge" (Belçika); "Düdelanj" (Lüksemburq)/ "Rapid" (Avstriya) – "Lokomotiv" (Rusiya)/ "Rabotniçki" (Makedoniya) "Anderlext" (Belçika)/ "Neftçi" (Azərbaycan) – "Slaviya" (Çexiya); "Qlazqo Reyncers" (Şotlandiya) – "Anortosis" (Kipr)/ "Trabzonspor" (Türkiyə); "Ayaks" (Hollandiya) – "Dinamo" (Tbilisi)/ "Brondbyü" (Danimarka); "Betis" (İspaniya) – "Monako" (Fransa); "Panatinaikos" (Yunanıstan) – "Visla" (Polşa).

Paylaş