ANDREY KOLİNENKO VƏ VLADİMİR BOQAÇ "QARABAĞ"DA FORMA GEYMƏYƏCƏK (HET-TRİK, 02.08.2005)

single-news
2 Avq 2005

ANDREY KOLİNENKO VƏ VLADİMİR BOQAÇ "QARABAĞ"DA FORMA GEYMƏYƏCƏK (HET-TRİK, 02.08.2005)



Andrey Kolinenko və Vladimir Boqaç bir daha "Qarabağ"ın formasını geyməyəcəklər. Elə bilməyin ki, klub bu futbolçulardan imtina edib. Xeyr, etibarlı mənbədən aldığımız məlumata görə, klub bu futbolçulara bir daha güvənməyəcək. Məsələ ondadır ki, rəhbərlik Kolinenko və Boqaçın oyunları satmasında şübhələnir. Başbilənlərin əlində kəsərki dəlil-sübut olmadığından əcnəbilər klubdan xaric edilmir. Buna da onların həhə "Qarabağ"la 6 aylıq müqavilələrinin olması mane olur. Çünki, Vladimirlə Andreyin klubdan qovulacağı təqdirdə, "Qarabağ" onlara əlavə konpensasiya ödəməlidir. Bunu nəzərə alan klub rəsmiləri futbolçuları komandada saxlamağı, lakin onlara etibar etməməyi düşünür. Həmsöhbətimizin verdiyi məlumata görə, çempionatın son turlarında "Qarabağ"ın bir neçə oyunda gözlənilmədən meydançanı başıaşağı tərk etməsində məhz Kolinenko ilə Boqaçın "xidmətlər"i olub.

Paylaş