Ansi Aqolli 52-də dayandı - 2 qol, 8 ötürmə, 4 sarı

single-news
28 Noy 2011

Ansi Aqolli 52-də dayandı - 2 qol, 8 ötürmə, 4 sarı



Premyerliqanın XIV turunda   `Qarabağ`ımız `Neftçi`ylə oyuna 2 önəmli itkiyə çıxmışdı. Rəşad Sadıqov qolundakı zədə səbəbindən komandadan ayrı düşmüşdüsə, Ansi Aqolli atasının vəfatıyla əlaqədar olaraq `ağ-qara`larla oyunda iştirak edə bilmədi. Stabilliyi ilə məşhur olan Ansi sonuncu görüşü buraxmaqla seriyasının qırılmasına səbəb oldu. Belə ki, 29 yaşlı sol cinah müdafiəçisi `Qarabağ`ın heyətində ardıcıl 51 oyuna çıxdıqdan sonra məlum səbəbdən `Neftçi`ylə oyunu buraxmalı oldu. Azərbaycanda oynamış ən səviyyəli cinah müdafiəçilərindən sayılan Aqolli 2010-cu ilin yayından komandamızda top qovur. İyulun 1-də Avroliqanın I mərhələsində `Metallurq`la oyunda debüt edən albaniyalı zədə üzündən cavab görüşünü və `Portadaun`la ilk oyunu buraxmışdı. Ötən mövsüm premyerliqanın II turunda MOİK-lə oyunu buraxdıqdan sonra Ansinin seriyası başlayıb. Həmin oyundan sonra ötən mövsüm  Avrokubok, çempionat və  kubok oyununda baş tutmuş bütün 32 görüşdə iştirak edən Ansi cari mövsüm də seriasını davam etdirib. 6 Avrokubok və 13 çempionat maçına start heyətində çıxan Aqolli seriasını 51 oyuna çatdırıb. Maraqlıdı ki, Ansi bütün bu oyunlarda start heyətində meydana çıxıb və cəmi bir oyunda əvəzlənib. Cari mövsüm `Rəvan`la VIII turda baş tutan oyunda 70-ci dəqiqədə zədələnərək yerini İlqar Qurbanova verməli olub. Ötən mövsüm sadəcə 2 oyunda sarı vərəqə alan (`Xəzər-Lənkəran` 2:1 və `Gəncə` 1:0) müdafiəçimiz 6 ötürməylə yadda qalmışdı. Cari mövsüm də  seriyasını davam etdirən Ansi avrokubok (Banqa 3:0) və çempionatda  (`Turan` 3:1)  1 dəfə fərqlənib. Eyni sayda sarı vərəqə alan Ansi artıq 2 asistlə komandasına xeyir verib.
Beləliklə, Ansinin 51 oyunluq seriyasında 4 sarı vərəqə, 2 qol və 8 ötürmə qeydə alındı.
Qeyd:
Araşdırma `Qarabağ` FK mətbuat xidmətinə məxsus olub istifadə zamanı istinad zəruridir.

Paylaş

// pop up