Ansi Aqolli:`Biz istədiyimiz kimi oynadıqdan sonra..`

single-news
10 Mar 2011

Ansi Aqolli:`Biz istədiyimiz kimi oynadıqdan sonra..`



`Qarabağ`ımız premyerliqanın final mərhələsinin ilk turunda ötən mövsümün çempionu  `İnter`lə qarşılaşacaq. Gündə bir dəfə olmaqla `bankir`lərlə oyunun hazırlıqlarını davam etdirən komandamızda əhval-ruhiyyə yetərincə yüksəkdir.
 Yayda komandamıza sıralarına qoşulan Ansi Aqolli hər kəsin rəğbətini qazanıb. 28 yaşlı sol cinah müdafiəçisi stabilliyi və peşəkarlığı ilə diqqəti cəlb edir. Albaniya millisinin üzvü saytımıza verdiyi açıqlamada `İnter`lə görüş və final mərhələsi haqqında danışıb:`
İnter`ə qarşı hazırlıqlar normal gedir. İlk oyun olduğuna görə tərəflər istər-istəməz bir qədər həyəcanlı olacaq. Amma biz oyuna 3 xal üçün çıxacağıq. Ümumiyyətlə, biz bütün oyunlarda 3 xal üçün mübarizə aparırıq. Cari birincilikdə ilk dəfə `İnter`ə məğlub olmuşuq. Rəqibin bəlli bir oyun sistemi var. Kubokda oynamalarının onlara əlavə bir yorğunluq gətirdiyinə inanmıram. Biz bu haqda heç düşünmürük də. Biz istədiyimiz kimi oynadıqdan sonra rəqibin kimliyinin fərqi yoxdu. Qışdan sonra komandamızın heyəti yetərincə genişlənib. Bunun bizə final mərhələsində faydalı olacağını düşünürəm. Bilirik ki, bu məqamda hər bir xal çox qiymətlidir. Ona görə də hər bir oyuna final matçı kimi baxırıq. `6`lıqdakı digər komandaların da iddialı olması mübarizəni maraqlı edəcək. Amma qeyd etdiyim kimi, biz istədiyimiz kimi oynadıqdan sonra rəqib bizim üçün maraqlı olmur. İnanıram ki, çempionatın sonunda azarkeşlərimizi sevindirəcək nəticə əldə edə biləcəyik.`

Paylaş

// pop up