Ansi Aqolli:`Çempionluq yolunda rəqiblərimiz...`
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5440.jpg)
8 Okt 2011
Ansi Aqolli:`Çempionluq yolunda rəqiblərimiz...`
`Qarabağ`ımız `Rəvan`la oyunun hazırlıqlarını davam etdirir. Milli oyunlar səbəbindən tam heyətlə çalışa bilməsək də, Albaniya yığmasının heyətində son oyununda qırmızı vərəqə alaraq cəzalı duruma düşən Ansi Aqolli artıq Bakıya qayıdıb və komandayla məşqlərə çıxır. Azərbaycana gələn ən uğurlu legionerlərdən sayılan 29 yaşlı sol cinah müdafiəçisi stabilliyi ilə yanaşı daim hücumlara qoşulmağı ilə yadda qalır. Ansi `Turan`la baş tutan sonuncu oyunda `Qarabağ`ımızın 2-ci qolunu vuraraq premyerliqada qol hesabını açdı. Albaniyalı saytımıza verdiyi açıqlamada ilk olaraq bunu dəyərləndirdi:`Hə, hücumlara qoşulmağı sevirəm. Bilirdim ki, əvvəl-axır qol vuracaqdım (gülür). Ötən mövsüm səhv etmirəmsə 5 qol ötürməsi vermişdim. `Qarabağ`ın oyun üslubu elədir ki, daim hücuma dəstək verirəm. Topla daha çox davranırıq. İnanıram ki,bu il vuracağım sonuncu qol olmayacaq. Meydan düz olanda biz daha yaxşı oynayırıq. Getdikcə, daha yaxşı oynayacağımıza inanıram.`
Ansi premyerliqada hədəfləri və rəqiblər haqqında danışdı:` Təbii ki, maksimalist olaraq çempionluq istəyirım. Komandamızın buna qadir olduğuna əminəm. Sadəcə, hər oyuna final matçı kimi baxmalıyıq. Xüsusilə, milli oyunlardan sonrakı periodu yaxşı dəyərləndirməliyik. Çox vaxt həmin matçlarda xal itiririk. Bəxt amili də vacibdir. Xal itirdiyimiz `Qəbələ`, `Xəzər-Lənkəran` və `Sumqayıt-Şəhər`lə oyunlarda rəqibdən daha yaxşı təsir bağışlamışdıq. Sadəcə şanssızlıqla üzləşdik. Çempionluğa əsas namizədə gəlincə, `X-L` bu gün lider mövqeyində qərarlaşıbsa demək onlar hər kəsdən öndədirlər. Amma keçən il daha gerilərdən gəlib rəqibi yaxalamışdıq. Ona görə də `Qarabağ` olaraq yenə də zirvəyə qalxa bilərik. Zənnimcə, qızıl medallar uğrunda əsas rəqiblərimiz `X-L` və `Neftçi`dir. Amma digər oyunlara da eyni konsentrasiya ilə yanaşmasaq əsas rəqibləri fikirləşməyin mənası yoxdur.