Ansi Aqolli:`Neftçi`ni udsaq...`

single-news
31 Mar 2011

Ansi Aqolli:`Neftçi`ni udsaq...`



`Qarabağ`ımız `Neftçi` ilə oyunun hazırlıqlarını davam etdirir. Artıq bu gündən etibarən komandamız `ağ-qara`lılarla oyuna tam heyətlə hazırlaşır. Milli futbolçularımızın düşərgəyə dönməsiylə komandamız hazırlıqların son mərhələsinə qədəm qoyub. Albaniya millisinin heyətində qələbə qazanaraq Avropa çempionatında iştirak etmək şansını qoruyan Ansi Aqolli saytımıza `Neftçi`ylə oyunöncəsi öz fikirlərini bildirib: `Milli oyunlar səbəbindən komandamızdan ayrı düşmüşdük.  Ona görə də `Neftçi`ylə oyuna istədiyimiz kimi hazırlaşa bilməmişik. Amma inanıram ki, bu amil bakılılarla oyunda özünü göstərməyəcək. Liderə qarşı oynayacağıq. Bu amilin özü belə motivasiya deməkdir. `
Millisinin düşərgəsindən yüksək əhval-ruhiyyədə 28 yaşlı müdafiəçi emosiyalarını bazar gününə saxlayacaq:`
Qələbə qazanmaq hər zaman xoş duyğudur. Belaruslarla oyun ölkəmiz üçün çox vacibdi. Təbii ki, vacib qələbəmiz Admirlə mənə əlavə güc verəcək. Həm də axı `Neftçi` üzərində qələbə bizə çempionluq üçün şans yaradacaq. Təbii ki, çempion olmaq istəyirik. Çünki, `Qarabağ`ın buna layiq olduğunu düşünürəm. `
Ansi `Neftçi`də ən təhlükəli oyunçunun Nasimov olduğunu fikirləşir:`Neftçi`nin bu gün lider olmasında Bahodir Nasimovun rolu böyükdür. Özbək forvardı bakılıların ən təhlükəli oyunçu sayıram. Azərbaycan çempionatında 15 qol vurmaq asan deyil. Düzdü, Nasimov uzun müddətdi qol vura bilmir. Amma o, hərəkətliliyi ilə daim müdafiəçilərə baş ağrısı yaradır. O, işini artıqlamasıyla görür.`
Sol cinahın `ağa`sı ancaq qələbə haqqında düşünür:`
Oyuna 3 xal üçün çıxacağıq. İnanıram ki, yüksək templi, bol qollu oyun olacaq. Hər halda çempionatın 2 lider komandası oynayacaq. Bu oyunda qələbə bizim üçün çox vacibdir. Hələlik, `Neftçi` bizdən bir addım öndə görsənir. Amma bazar günü qələbə qazansaq, zənnimcə, çempionatın bir nömrəli favoriti olacağıq. Düzdü, həm `Neftçi`, həm də `Xəzər-Lənkəran` yetərincə güclüdür, amma `Qarabağ` öz oyununu göstərəciyi təqdirdə rəqibimiz ancaq özümüz olacağıq.`

Paylaş

// pop up