ANTALYA. 10-CU GÜN. HAZIRLIQLAR DAVAM EDİR
ANTALYA. 10-CU GÜN. HAZIRLIQLAR DAVAM EDİR
“Qarabağ” Futbol Klubu Antalyada keçirilən təlim-məşq toplanışının 10-cü gününü arxada qoydu. Dünən “Çorumspor”la görüşün ardından 30 dəqiqə yeniləməməşqi edən komandamız bu gün ilk çalışmanı saat 10-da gerçəkləşdirdi. 20 dəqiqəlik əzələ isitmə hərəkətlərin ardından komandamız 25 dəqiqədə ötürmələr üzərində işlədilər. Sıra ənənəvi krossa çatanda yenə futbolçulara polar saatlat paylandı. Və hər dəfə olduğu kimi bu dəfə də hər bir futbolçuya fərqli olaraq müəyyənləşdirilmiş nəbz vuruşları daxilində 20 dəqiqəlik kross başlandı. Bu kross sonuncu deyildi. 5 dəqiqəlik aradan sonra növbəti kross başlandı. Bu dəfə 15 dəqiqə davam etdi. Özüdə daha artırılmış temptdə.
Növbəti məşq 17:30-da baş tutdu. Plana əsasən axşam məşqi taktiki və texnki məsələlər üzərində qurulmuşdu. 45 dəqiqəlik toplu və topsuz hərəkətlərin ardından hücumçular və yarımmüdafiəçilər bir tərəfdə müdafiəçilər əks komadaya toplaşdılar. Mövqe seçimi komanda yoldaşı sığortalama, toplu və kollektiv hücum, əks hücum və zərbələr üzərində qurulmuş çalışmanın sonunda futbolçular meydanın ¼ hissəsində qapısız futbol oynayıb günü bitirdilər.