ANTALYA. 18-Cİ GÜN. 2 MƏŞQ

single-news
22 Yan 2008

ANTALYA. 18-Cİ GÜN. 2 MƏŞQ



“Qarabağ” Futbol Klubu Antalyada keçiridiyi təlim-məşq toplanışı getdikcə sona yaxınlaşır. Lakin buna baxmayaraq komanda hazırlığını son sürətlə davam etdirir. Bu gün komandamızın iki məşqi baş tutdu. Dünən “Ordubaşı” ilə keçirilmiş oyunu nəzərə alan baş məşqçimiz Rasim Kara futbolçuların bir qədər istirahət etməsi üçün məşqi ənənəvi 09:00-a deyil,  11:00-a təyin etmişdi. Lakin heç də bütün futbolçular eyni hazırlıqda çıxış etmədilər. Belə ki, dünən daha  çox  meydanda olan Aslan Kərimov, Kənan Kərimov, Ayxan Abbasov, Nodar Məmmədov və Muhammet stadiona getməyib, fitness zalında 1 saata qədər məşq etdilər. Geridə qalan futbolçular isə stadionda yarımsaatlıq fərqli hərəkətlərdən sonra 2 dəfə 15 dəqiqəlik kross qaçdılar. Sonra isə futbolçular 2 qrupa bölünərək müəyyənləşdirilmiş ərazidə 2 qapıya futbol oynadılar. Təxminən 20 dəqiqə davam edən oyundan sonra məşqə son verildi.

Günün ikinci məşqində isə bütün futbolçular iştirak etdi. Öyrəşdiyimiz kimi, axşam məşqi 2 hissədən ibarət oldu. İlkində futbolçuların hər hansı bir xüsusiyyətini təkmilləşdirməyə xidmət təmrinlərdən sonra futbolçular taktiki çalışmalar  üzərində işləməyə başladılar. Öncə müdafiədə qrop halında hərəkət, ardınca hücuma qoşulma və çoxalma ardınca isə cinahlardan ötürmə üzərində çalışıldı. Sonda isə 2 qrupa bölünən futbolçular bütün sahəni əhatə edən meydanda 2  15 dəqiqəlik futbol oynadılar.

Bu arada, komandamız Antalyadan ayrılana qədər daha bir yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Böyük ehtimalla bu yoxlama görüşü Yanvarın 25-də baş tutacaq. Bu barədə hər hansı bir məlumat konkretləşən kimi saytımızdan oxumağı unutmayın.

Paylaş

// pop up