ANTALYA 2-Cİ GÜN İLK MƏŞQ

single-news
6 Yan 2008

ANTALYA 2-Cİ GÜN İLK MƏŞQ



“Qarabağ” Futbol Klubu Antalyada keçirilən təlim-məşq toplanışının ikinci günündə ilk məşqinə çıxdı. Saat 07:00-da komanda yuxudan qalxma əmri verildi. Səhər yeməyindən sonra komandamız oteldən təxminən 8 km aralıda yerləşən məşq keçəcəyimiz sahəyə yollandıq. Saat 09:00-da artıq mükəmməl vəziyyətdə olan sahəyə çıxdığımızda Antalyanın günəşi bizi öz hərarətiylə əfsunlamışdı.

Məşqə başlamamışdan öncə Rasim Kara artıq komandada çalışacaq Mehmet Akı qısaca futbolçulara təqdim etdi. Ardınca Mehmet bəyin göstərişləriylə futbolçular müxtəlif təmrinləri yerinə yetirməyə başladılar. Daha çox əzələləri qızışdırmağa xidmət edən hərəkətlərdən sonra Mehmet bəy futbolçulara müxtəlif vəziyyətlərdə topla “təmas” qurmasını istədi. Daha sonra isə futbolçular 3 dəfə 10 dəqiqəlik olmaqla uzun qaçışları yerinə yetirdilər. Sonuncu prosesdə isə iki hissəyə bölünən futbolçular yarım sahədə futbol oynadılar. Sonda isə penaltilər seriyası ilin ilk məşqinin bitməsinə səbəb oldu.

Günün ikinci məşqi saat 16:00 planlaşdırılmasını da bildirək.  

Paylaş

// pop up