ANTALYA. 20-Cİ GÜN. SONUNCU KROSS
ANTALYA. 20-Cİ GÜN. SONUNCU KROSS
“Qarabağ” Futbol Klubu Antalyadakı təlim-məşq toplantısının 20-ci günün arxada qoydu. Bu gün komandamızın 2 məşqi baş tutdu. İlk məşq hər zaman olduğu kimi saat 09:00-da baş tutdu. Öncə topla sərbəsət hərəkət edən komandamız sonra isə kross qaçışına başladı. Bu artıq Antalyada müəyyənləşdirilmiş proqramla yerinə yetirdiyi sonuncu uzun qaçış idi. Xatırladaq ki, 10 dəqiqədən başlayan kross mərhələlərlə 40 dəqiqəyə qədər çatdırıldı. Və bu gün komandamızın Antalyada yerinə yetirdiyi sonuncu krossda dediyim həddəki kross yerinə yetirildi. Sonra 2 qrupa bölünən futbolçular təxminən 20 dəqiqəlik futbolla məşqi bitirdilər.
Günün ikinci məşqi 18:00-da baş tutdu. Və təmamilə toplu hərəkətlərə həsr olundu. Futbolçular 3 qrupa bölündülər. 2 qrup məşqçinin müəyyənləşdirdiyi tempdə dar sahədə futbol oynadıqları halda digər qrup düzülmüş maneələri dəf edərək qapıya zərbə vurmaqla məşğul oldular.
Xəbər verdiyimiz kimi, hal-hazırda düşərgədə 2 legioner baxışdadır. Cənubi afrikalı Sello və moldavalı Bogyu. Bu futbolçular çox güman ki, komandamızla yeni saziş bağlayacaq. Bunun üçün Antalyada keçirəcəyimiz sonuncu yoxlama oyununda futbolçuların özünü yaxşı tərəfdən göstərməsi lazımdır.