Antalya 3-cü gün. Tək məşq və İlqar Qurbanov

single-news
11 Yan 2011

Antalya 3-cü gün. Tək məşq və İlqar Qurbanov



`Qarabağ`ımız Antalyada 3-cü gününə qədəm qoydu. Bu gün komandamızın tək məşqi baş tutdu. Günün tək çalışması yerli vaxtla 10:30-da baş tutdu. Yüngül təmrinlər və qaçışın ardından komandamız bütün meydan boyu texniki və taktiki xüsusiyyətləri özündə birləşdirən çalışma yerinə yetirdi. Sonra məşqin sonunda futbol baş tutdu. Emin, Aqolli və Samir özlərinə komanda qurdular. Və 3-lü turnir keçirildi. Daha çox təcrübəlilərdən qurulmuş Eminin komandası 1 qələbə və heç-heçəylə turnirin qalibi oldu.
Məşqlər zamanı futbolçuların istəkli və formada olması diqqətlərdən qaçmadı. Xüsusilə, Eminin komandasında Raufun əla formada olması diqqətlərdən qaçmadı. Rauf eyni zamanda daim zarafatlarıyla da məşqə rəng `qatırdı`. Qısa turnir zamanı eyni zamanda komandamızın gənc istedadı Tural İsgəndərovun vurduğu 2 əsrarəngiz qolla yadda qaldı.
Artıq komandamızın sonuncu legioneri Admir Teli də məşqlərə başladı. Komandanın düşərgəsinə bir gün gec qoşulan albaniyalı bu gün zədəli Rəşad Kərimovla ayrılıqda, qaçaraq məşq etdilər.
Bu gün komandamıza eyni zamanda yeni futbolçu qoşulub. Azərbaycanın istedadlı futbolçularında sayılan İqlar Qurbanov mövsümün sonuna qədər `Qarabağ`lı olacaq. Son klubu `Mersin İdman Yurdu` olan 25 yaşlı yarımmüdafiəçi dünən gecə komandamızın düşərgəsinə qoşuldu və bu gün ilk məşqinə çıxdı.
`Qarabağ` Antalyadakı 3-cü gün məşqindən fotolar...FOTOQALEREYA bölümündə...

http://qarabagh.com/1987/?name=photos&lang=1 

Paylaş

// pop up