ANTALYA 3-CÜ GÜN

single-news
7 Yan 2008

ANTALYA 3-CÜ GÜN



“Qarabağ” Futbol Klubu Antalyada təlim-məşq toplanışını davam etdirir. Bu gün komandamız hazırlığa saat 09-00-da başladı.  2 qrupa bölüşən futbolçuların birinci hissəsi qeyd etdiyimiz vaxtda otelin həyətində təxminən 40 dəqiqəlik isinmə hərəkətləri etdikdən sonra Fitness zalına daxil oldular. Və burada keçən təxminən 90 dəqiqəlik hazırlıqda xüsusilə ayaq əzələləri və çeviklik xüsusiyyətləri qazandıracaq terminləri yerinə yetirən futbolçular bir 10 dəqiqəlik əzələsoyutma hərəkətləri ilə səhər məşqini bitirdilər.  1-ci qrup bu prosesi yerinə yetirərkən açıq havada isinmə hərəkətləri edən 2-ci qrup fitnes zalına daxil oldu. 

FOTOQALEREYA: FITNESS KLUBDA

Günün ikinci məşqi isə bu dəfə yaşıl meydanda baş tutdu. Məşqin ilk 25 dəqiqəsi isinmə hərəkətlərinə sərf olundu. Ardınca futbolçular 20 dəqiqə müddətində müxtəlif formalarda qaçış yerinə yetirdilər. Sonuncu mərhələdə isə 3 qrupa bölünən futbolçular mini turnir keçirdilər. Günün qalibi isə hərəyə 4 xal toplayan yaşıllar və qırmızılar oldu.

Axşam yeməyindən sonra kiçik mərasim keçirildi. Komandaya gənc qrupdan gələn Elhad Əhmədovun 18 yaşı tamam olması münasibətiylə. Rasim Kara səbəbkarı təbrik edərək ona şəxsi və futbol həyatında uğurlar arzuladı.

Paylaş

// pop up