ANTALYA 5-Cİ GÜN FİZİKİ VƏ TAKTİKİ HAZIRLIQ
ANTALYA 5-Cİ GÜN FİZİKİ VƏ TAKTİKİ HAZIRLIQ
“Qarabağ” Futbol Klubu Yanvarın 9-unda baş tutan ilk məşqə saat 9-da start verdi. 3 qrupa bölünən komandamız ilk olaraq 20 dəqiqə isinmə hərəkətlэri edən futbolçuları sonra topla müəyyən hərəkətləri etdilər. Daha çox qısa və uzun dayanıqlıq əsasla yerinə yetirilən təmrinlər zamanı məşqçilər hər bir futbolçuya xüsusi diqqət yetirdilər. Sonra isə 24 futbolçu 4 qrupa bölündülər. Dünən verilmiş test nəticələrinə futbolçular 5-5 müəyyənləşdirimiş tempdə qaçışa başladılar. 20 dəqiqəlik qaçış zamanı məşqçilər futbolçulara tempi dəyişmək barəsində göstərişlər verirdilər. Bu proses başa çatdıqdan sonra 5 dəqiqəlik yorğunluq fasiləsindən sonra növbəti qaçış marafonuna start verildi. Bu dəfə komanda 15 dəqiqə tər tökməli oldu.
Günün ikinci məşqi saat 16:00-da başladı. Bu dəfə futbolçular daha çox toplu çalışmalarla işlədilər. İlk məşq aerobik hazırlığın və dözümlülyün artmasına yönəlmişdisə ikinci məşq daha çox taktiki hazırlıq istiqamətinə yönəlmişdi. Təxminən iki saat davam edən məşqin sonunda futbolçular ötürmə, rəqibi keçmə üzərində çalışdılar.
Bir daha xatırladaq ki, sabah komandamız ilk hazırlıq matçına oynacaq. Rəqib “Girne” olacaq. Növbəti matçımız isə böyük ehtimalla Yanvarın 13-ü keçiriləcək.
Komandamız haqqında məlumatları saytımızdan izləməyi unutmayın.