ANTALYA. 7-Cİ GÜN. KROSS VƏ TAKTİKİ HAZIRLIQ. NÖVBƏTİ GÖRÜŞ

single-news
11 Yan 2008

ANTALYA. 7-Cİ GÜN. KROSS VƏ TAKTİKİ HAZIRLIQ. NÖVBƏTİ GÖRÜŞ



“Qarabağ” Futbol Klubu dünən hazırlıq matçı oynamasına baxmayaraq istirahət etmək fikirində deyil. Hər zamankı kimi, saat 9-da start verilən səhər məşqində ilk 15 dəqiqə  futbolçular isinmə hərəkətləri etdilər. Sonra isə topla müəyyən hərəkətlər qrup halında təxminən 20 dəqiqə davam etdi. Sonra isə futboçulara polar saatlar verildi. Məşqçilərin hər bir futbolçuların hər biri üçün fərqli olaraq müəyyənləşdirdiyi nəbz ölçüsündə 15 dəqiqəlik qaçış başlandı. Bu proses 3 dəfə təkrarlaması ümumilikdə komandanın 45 dəqiqə fərqli ölçülərlə kross yerinə yetirməsi anlamına gəldi. 5 dəqiqəlik əzələgərmə hərkətlərindən sonra futbolçular şərti olaraq qırmızı və mavi komandalara bölünərək 10 dəqiqəlik futbol oynadılar. Aslan Kərimovun komandası olan “qırmızı”lar 2:0  hesabı ilə qalib gələrək uduş üçün qoyulmuş şokoladlara sahib çıxdılar.

 Günün ikinci məşqi təxminənə 5 saatdan sonra komanda ikinci məşqə çıxdı. Bu dəfə komanda daha cox geniş dözümlülüyün artırılmasına xidmət edən hazırlığa xidmət edən ilk məşqdən fərqli olaraq texniki və taktiki hazırlıq üzərində çalışdılar. Bu məşq təxminən 2 saat davam etdi. Komandamızın bu məşqi ani yükləmələr zamanı oyundan “qopmamaq”, topla rəftar qaydaları, ikili anlaşmalar və  s. üzərində qurulmuşdu.

Bu arada komandamızın növbəti görüşdə rəqibinin kimliyinə aydınlıq gəlib. Yanvarın 13-də “Çorumspor”la qarşılaşacağıq. Yanvarın 17-de isə "Tokatspor"un qonağı olacağıq. Bu oyunu qaldığımız Belekdə deyil Antalyanın başqa bir səfalı guşəsi Sidedə keçirəcəyik.

Yanvarın 21-də və 25-də keçirəcəyimiz oyunlardakı rəqibimizin adlarını isə növbəti xəbərlərdə öyrənəcəksiniz. 

Komandamızın Antalya təlimi zaman bütün başverənləri öyrənmək istəyirsinizsə saytımızı izləməyi unutmayın.

Paylaş

// pop up