Antalya. II gün. Başlandı

single-news
14 Yan 2009

Antalya. II gün. Başlandı



`Qarabağ` Futbol Klubu Antalyadakı təlim-məşq toplanışını davam etdirir. Bu gündən etibarən komandamız gündə 2 hazırlıq keçməyi planlaşdırır. Səhər saatlarında, daha dəqiq desək, 11:00-da baş tutan ilk çalışma komandamızın Antalyadakı yaşıl meydançada ilk məşqi oldu. İsinmə hərəkətlərinin ardından 3 qrupa bölünən futbolçular 2 dəfə 15 dəqiqəlik `kvadrat` oynadılar. Ardınca polar saatlarla 2 dəfə eyni müddətə kross qaçan komandamız ardınca 10-15 dəqiqəlik fərqli fiziki hərəkətlərlə məşqi başa çatdırdı.

Günün ikinci çalışma isə axşam saatlarına təsadüf etdi. Bu dəfə komandamız daha çox taktiki-texniki çalışmalara üstünlük verdi. Sabah da iki çalışma keçəcək komandamız səhərki hazırlıq üçün trenajor zalından istifadə etməyi planlaşdırır.

Paylaş

// pop up