Antalya, II gün: İlk məşq Fitnessdə...

single-news
12 Yan 2010

Antalya, II gün: İlk məşq Fitnessdə...



 `Qarabağ` Futbol Klubu Antalyaç İC Santai otelindəki təlim məşq toplanışının ikinci günündə səhər məşqini Fitnessdə keçirdi. İki qrupa ayrilan komanda üzvləri ilk qrupu əsasən gənclərdən təşkil edilmişdi. Yüngül isinmə hərəkətləri və qaçışdan sonra otelin tərkibində olan fitness salonunda məşq etdilər. Fiziki hazırlıq üzrə məşqçinin rəhbərliyi altında planlı məşq edən ilk qrupun  məşqi təqribən saat yarım çəkidi. İkinci qrupun məşqi də təqribən eyni zaman kəsiyində davam etdi. Məşqdən fotogörüntülərlə aşağıdakı bölümə daxil olub tanış ola bilərsiniz:

Fitness - FOTOQALEREYA

Günün ikinci məşqi İC Santai otelinin futbol stadionunda saat 17:15-də projektor işığında keçiriləcək.

Bu gündən etibarən komandanın heyəti baxışa gələn futbolçularla daha da genişlənək. Bu futbolçular komandanın düşərgəsinə daxil olduqca  saytımız vasitəsilə geniş bilgi veriləcəkdir.

Komandamız ilk yoldaşlıq görüşünü  17 yanvarda Rusiyanın `Anji` komandasına qarşı keçirəcək.

Paylaş

// pop up