Antalya II gün. `Qarabağ` ilk məşqinə çıxdı. fotolar

single-news
10 Yan 2011

Antalya II gün. `Qarabağ` ilk məşqinə çıxdı. fotolar



`Qarabağ`ımız artıq məşqlərə başladı. 28 gün ərzində Antalyada təlim-məşq toplanışı keçəcək komandamız bu məskunlaşdığımız `İC Santai` otelində ilk məşqinə çıxdı.
Komandamızın ilk məşqi yerli vaxtla 10:30-da baş tutdu. DÜnən gecə komandamıza qoşulan Ansi Aqolli, Georgi Adamiya, Andreys Rubinsin qatıldığı məşqdə bu gün komandaya qoşulacaq Admir  Teli iştirak etmədi. Belə də albaniyalıdan başqa bütün futbolçuların iştirak etdiyi məşqdən öncə komandamızın baş məşqçisi Qurban Qurbanov futbolçularla qısaca söhbət etdi. Futbolçulara bu təlim-məşq toplanışının vacibliyini vurğulayan çalışdırıcımız yaxşı çalışmağın vacibliyini vurğuladı.
Ardınca futbolçularımız fiziki hazırlığa cavaabdeh olan məşqçisi Çudomir Çakarovun nəzarəti altında bir müddət fiziki təmrinlər yerinə yetirdilər. Sonra 2 qrup halında 20 dəqiqəlik kross qaçan futbolçularımız sonra `kvadrat` oynadılar. Ən sonda isə 10 dəqiqəlik soyutma hərəkətləri ilə 2011-ci ildəki ilk məşqçimiz başa çatdı.
`Qarabağ`ımızın ilk məşqindən görüntülər..FOTOQALEREYA bölümündə...

http://qarabagh.com/1987/?name=photoview&phid=326&lang=1

Paylaş

// pop up