Antalya II gün. RAHAT keçdi

single-news
10 Yan 2011

Antalya II gün. RAHAT keçdi



`Qarabağ` Antalyada bir gününü başa vurdu. Komandamız ilk çalışma günündə 2 məşqlə günü başa vurdu. Günün 2-ci çalışması yerli vaxtla 16:30-da baş tutdu. Təxminən 1 saat 45 dəqiqə davan edən məşq yüksək əhval-ruhiyyədə keçdi. Sadəcə Rəşad Kərimovun komandadan ayrı olaraq çalışdığı məşqdə futbolçularımızın istəkli olması nəzərlərdən qaçmadı. Qaçışdan sonra toplu fərqli təmrinlər həyata keçirən komandamızda bir futbolçu baxışa gəlib. `Feyenord`un əvəzedici heyətinin kapitanı Süleyman Rahat komandamızın sıralarındadır. Ön xətt oyunçusu 1991-ci il təvəllüdlüdür. Onu haqqında yaxın günlərdə qərar veriləcək.
Sabah kamandamızın 1 məşqi nəzərdə tutulub. Günün tək çalışması 10:30-da baş tutacaq.

`Qarabağ`ın Antalya `kamp`ı haqqında bütün məlumatarı saytımızdan izləməyi unutmayın..

Qeyd: Dəyərli KİV bu nömrə vasitəsiylə`Qarabağ` FK-yla əlaqə yarada bilərlər - 0 535 784 79 78

Paylaş

// pop up