Antalya III gün. Fitnesslə

single-news
15 Yan 2009

Antalya III gün. Fitnesslə



`Qarabağ` Futbol Klubunun Antalyada çempionluq mücadiləsi üçün  təlim-məşq toplanışı davam edir. Cari gündə komandamız bir hazırlıq keçməklə kifayətlənib. Adətən günə 2 çalışma keçən komandamızda sabah test olacağından baş məşqçimiz Qurban Qurbanov futbolçuları elə də yükləməmə qərarına gəlib. Testin məqsədi fasilə dönəmindən sonra futbolçuların ümumi hazırlıq səviyyəsini öyrənməkdir. Belə də günü tək çalışması Trenajor zalından baş tutub. 2 qrupa ayrılan futbolçular ilk olaraq dəniz kənarında isinmə-gərilmə hərəkətlərini yerinə yetirib. Ardınca isə trenajor zalında təxminən 45 dəqiqə çalışma baş tutub. Təcrübəli və gənc futolçulardan təşkil olunmuş  qruplara fərqli proqram tətbiq olunub. Belədə günün yeganə çalışması 12 raddələrində baş tutub.

Axşam isə futbolçulara taktiki nəzəriyyə məşğələsi keçiriləcək.

Paylaş

// pop up