Antalya ilk gün. `Komandos`lar kimi
Antalya ilk gün. `Komandos`lar kimi
Xəbər verdiyimiz kimi, Antalyaya bu gün çatan komandamız yol yorğunu olmasına rağmən məşq etmək arzusunda olduğunu bildirib. Belədə, `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov axşam saatlarında otelin həyətindəcə mini bir hazırlıq keçdi. Dənizkənarına toplaşan futbolçularımız isinmə-gərilmə hərəkətləri etdikdən sonra qum üzərində 15 dəqiqə qaçdılar. Belədə bu çalışma 45 dəqiqə davam etdi. Bir qədər sonra isə çalışdırıcımız Qurbanov təlim-məşq toplanışının ilk iclasını keçirdi. Sözə başlayan gənc mütəxəsssis hədəflərinin ciddi olduğunu, bu 24 günü maksimum sürətdə faydalı başa vurmalı olduqlarını bildirib. Hər kəsə işində ciddi olmalı olduğunu və gərgin rejimdə çalışacaqlarını bildirdi. Cari birincilikdə mütləq uğur qazanmalı olduqlarını, bunun üçün də hər kəsin motivasiya və konsentrasiyasının bu amilə yönəltməsini vurğuladı. Hər kəsin problemiylə maraqlanıb, iclası sonlandırdı.
Antalyadakı ilk gün üçün FOTOQALAREYA bölümünə daxil olun...