Antalya IV gün. Konkoni
Antalya IV gün. Konkoni
`Qarabağ` Futbol Klubunun Antalyada çempionluq mücadiləsi üçün təlim-məşq toplanışı davam edir. Hazırlığın növbəti günündə komadamızın düşərgəsində test keçrilib. Ənənəvi Konkoni testi. Səhər saatlarında baş tutan çalışmada 5-li qruplara bölünən futbolçular adıçəkilən testi yerinə yetiriblər. Bildirdiyimiz kimi, bu testin əsas mahiyyəti yaranmış uzunmüddətli fasilədən sonra futbolçuların ümumi hazırlığı barəsində məlumata sahib olmaq idi. Təxminən 90 dəqiqə davam edən çalışma elə bununla da yekunlaşıb.
Testin nəticələri barəsində komandamızın koordinatoru Mehmet Akdan soruşduq:` Sevindirci haldır ki, futbolçuların ümumi hazırlığı qənaətbəxşdir. Xüsusilə hər kəsin 2000 metrdən çox qaçması sevindirci haldır. Sadat Saini və Əfran İsmayılov isə 4000 qaçdılar. Bu artıq yetərincə yüksək göstəricidir. Hətta qapıçılar belə sahə oyunçularından geri qalmadılar. Amma onu da bildirim ki, çempionat başlayanda daha yaxşı vəziyyətdə olacağıq.`
Onu da nəzərənizə çatdıraq ki, günün ikinci hazırlığı ənənəvi olaraq toplu çalışmlara həsr olundu.