Antalya IX gün.Tək və ağır

single-news
21 Yan 2009

Antalya IX gün.Tək və ağır



`Qarabağ` Futbol Klubunun Antalyada çempionluq mücadiləsi üçün  təlim-məşq toplanışı davam edir.Cari gündə komandamız bir hazırlıqla yetinməli olub. Səbəb isə səhər keçirilən məşqin həddindən ağır olması olub. Belə ki, futbolçularımız, 15-20 dəqiqəlik isinmə hərəkətlərinin ardından `stansiya` deyilən çalışmada futbolçular təxminən 1 saat fərqli hərəkətlər yerinə yetiriblər.  Ardınca isə 4 qrupa bölünən futbolçular tam 8 qarşılaşma keçiriblər. Müəyyən puls aralığında, yüksək tempdə mübarizə aparan futbolçular məşqdə o ki var `yüklənib`. Təsadüfi deyil ki, adətən 90-110 dəqiqə davam edən məşq 2,5 saat sonra başa çatdı. Onu da nəzərinizə çatdıraq ki, bu gün 31-ci doğum günün qeyd edən legionerimiz Zekeriyya Ramazan məşq öncəsi kollektiv tərəfindən təbrik edildi.

Axşama kimi futbolçulara istirahət verən baş məşqçi Qurban Qurbanov  şam yeməyindən sonra taktiki nəziriyyə keçəcək.

Paylaş

// pop up