Antalya V gün. 18-i `Jetisu` ilə
13 Yan 2011
Antalya V gün. 18-i `Jetisu` ilə
`Qarabağ`ımız Antalyada hazırlıqlarını davam etdirir. Qardaş ölkədə keçirdiyimiz 5-ci günü komandamız 2-ci çalışmasını da başa vurdu. Yerli vaxtla 16:30-da start götürən məşq 1 saat 45 dəqiqə davam etdi. Yüksək tempdə davam edən məşqdə taktiki çalışmalara üstünlük verildi.
Bu arada qış fasiləsindən sonra futbolçuların fiziki formalarının qənaətbəxş olması komandamızın çalışdırıcısı Qurban Qurbanovu fikrindən daşındırıb. Belə ki, ilk yoxlama oyunumuz ayın 22-sinə planlaşdırılsa da, komanda fiziki durumunun əla olması daha erkən matç keçirilməsinə zərurət yaradıb. Belədə komandamız Yanvarın 18-ində ilk yoxlama oyununa çıxacaq. Qeyd olunan gün komandamız saat 12-də Qazaxıstan superliqa təmsilçisi `Jetisu` ilə qarşılaşacaq.