Antalya V gün. Topla davam

single-news
17 Yan 2009

Antalya V gün. Topla davam



`Qarabağ` Futbol Klubunun Antalyada çempionluq mücadiləsi üçün  təlim-məşq toplanışı davam edir.

Bu gün komandamız günün ilk məşqini saat yerli vaxtla 10:00-da keçirib. DÜnən ki, test nəcilərinin qənaətbəxş olması komandamızın baş məşqçisi Qurban Qurbanovun məşq öncəsi futbolçularla söhbətdə ifadə edildi. Çalışdırıcımız toplu çalışmalara artıq daha çox üstünlük verəcəklərini, eyni zamanda fiziki hazırlığı da diqqətdən qaçırmayacaqlarını bildirdi. Belədə daha çox toplu çalışmaya üstünlük verildiyi məşq maraqlı alındı. Özəlliklə, 4-lü qruplardan ibarət mini çempionat gərgin alındı.  Sadəcə 2 ötürməyə əsaslanan turnir sonunda Artim, Azər, Emin, Natiq, Maksim, Nidal və Osmandan ibarət komanda rəqiblərini üstələyərək günün çempionu oldular. Onların sevincini isə görməyə dəyərdi.

Günü ikinci məşqində  də toplu çalışmalara üstünlük verildi. Xüsusiylə, taktiki çalışmalar zamanı ampulalar üzrə təmrinlər yerinə yetirildi.

 

ANTALYADA 5 GÜN-fotoqalereyaya DAXİL OLUN...

 

Paylaş

// pop up