Antalya VI gün.Tək hazırlıqla

single-news
18 Yan 2009

Antalya VI gün.Tək hazırlıqla



`Qarabağ` Futbol Klubunun Antalyada çempionluq mücadiləsi üçün  təlim-məşq toplanışı davam edir. Getdikcə tempi artıran komandamızın Yanvarın 19-u ilk yoxlama oyununa çıxacağını xəbər vermişdik. Belədə düşərgədə 28 futbolçusu olan komandamız fərqli heyətlərlə meydana çıxacaq. Bunu `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov deyib:` Məlum olduğu kimi, Yanvarın 26-sı Fərhad Vəliyevlə Vaqif Cavadov milli komandasının düşərgəsinə qoşulacaqlar. Həmin günə  kimi 1 həftə qalıb. Çalışacağıq ki, onları maksimum hazırlayıb göndərək. Sabahkı, oyuna 2 fərqli heyətlə çıxmağı planlaşdırırıq. Əsas odur ki, futbolçuların ümumi hazırlığını müəyyənləşdirək. Hal-hazırda komandada böyük rəqabət var. İnkişaf üçün bu çox yaxşıdır. Kim layiqdirsə, formanı da o geyinəcək.`

Nəzərinizə çatdıraq ki, bu gün komandamız bir məşq keçib. 2 dəfə 15 dəqiqəlik polarla qaçan futbolçular son da 2 qapıya taktiki hazırlığa dayanan futbol oynayıblar.

Paylaş

// pop up