Antalya VIII gün.Baş məşqçinin fikirləri
Antalya VIII gün.Baş məşqçinin fikirləri
`Qarabağ` Futbol Klubunun Antalyada çempionluq mücadiləsi üçün təlim-məşq toplanışı davam edir. Dünən baş tutan hazırlıq matçından sonra koamndamızın baş məşqçisi Qurban Qurbanovdan oyun haqqında fikirlərini öyrəndik:` İlk matçların ağır olduğu həmişə məlumdur. Yoxlama oyunlarının əsas mahiyyəti səhvləri görmək və nəticə çıxarmaqdır. Demək olar ki, hamıya şans verdim. Sadəcə, Ayxan Abbasov zədə ucbatından forma geyinə bilinmədi. Emin İmaməliyev isə 15 dəqiqə meydanda oldu. Oyuna gəlincə, futbolçuların yanmasından razı qaldım. Hər top uğrunda canla-başla mübarizə aparırdılar. Rəqib hazır komanda idi. Amam buna baxmayaraq uşaqlar anlardan geri qamadı. Hələ 3 həftə vaxtımız var. Ona qədər daha yaxşı çalışacağıq. Çempionat başlayanda tam fərqli komanda görəcəyik, inşallah`.