Antalya VIII gün.Şəhidlər yad edilməklə
Antalya VIII gün.Şəhidlər yad edilməklə
`Qarabağ` Futbol Klubunun Antalyada çempionluq mücadiləsi üçün təlim-məşq toplanışı davam edir. Dünən yoxlama oyunu keçirməsinə baxmayaraq komandamız hazırlıqlarını eyni sürətlə davam etdirib. Günün ilk məşqi səhər 10:30-da baş tutub. Lakin məşqə başlanana qədər baş məşqçi Qurban Qurbanov futbolçularla toplantı edib. Bu günün Azərbaycan üçün çox mühim olduğunu, 19 il bundan öncə 20 Yanvar hadisəsi haqqında danışan çalışdırıcı bu günlərə gəlməyimizdə o gün axan şəhid qanlarının olmasını ifadə edib. Hər birimizin bu günü unutmamalı olduğunu və hər zaman öz tariximizi yaşatmağın lazım olduğunu bildirib.
Məşqlərə gəlincə isə yenə də ağır tempdə çalışmalar davam edib. İsinmə hərəkətlərinin ardından futbolçular öncə müəyyənləşdirilmiş nəbzlə 20, sonra isə 25 dəqiqə kross qaçıblar. Sonda isə 3-lü qrup arasında mini-turnir keçirilib. Fərhad, Namiq, Aftandil, Tagim, Zaur Həşimov, Nidal, Rəşad və Maksimdən ibarət komanda qalib gəlib.
Günün ikinci məşqi isə 18:30-a təsadüf edib. Bu dəfə isə daha çox toplu çalışmalara üstünlük verilib.