Antalya X gün.Zaur və Namiqsiz
Antalya X gün.Zaur və Namiqsiz
`Qarabağ` Futbol Klubunun Antalyada çempionluq mücadiləsi üçün təlim-məşq toplanışı davam edir. Bu gün komandamızın iki məşqi baş tutub. Səhər məşqi ənənəvi olaraq 10:00-da baş tutub. İsinmə-gərilmə hərəkətlərinin ardından futbolçular kross qaçıblar. İlk olaraq 20, ardınca isə 25 dəqiqə fərdi müəyyənləşdirilmiş pulsla qaçan futbolçularımızın tempi texniki korpus tərəfindən yüksək dəyərləndirilib. Ardınca isə toplu çalışmalar başlayıb. Öncə 2 , sonra isə sərbəst sürətdə qısa və böyük ərazidə qapısız futbol oynanıldı. Sonda isə 3-lu qrupdan ibarət mini turnir keçirildi.
Onu da nəzərinizə çatdıraq ki, məşqdə heç də bütün futbolçular iştirak etməyib. Ayxan Abbasovun durumu haqqında xəbər vermişdik. Zaur Ramazanov diş ağrısı səbəbindən yaranmış iltihabdan, Namiq Yusifov isə dizində yaranmış ağrıya görə səhərki məşqi buraxmalı olub.