Antalya XI gün. Leysan yağış altında
23 Yan 2009
Antalya XI gün. Leysan yağış altında
`Qarabağ` Futbol Klubunun Antalyada çempionluq mücadiləsi üçün təlim-məşq toplanışı davam edir. Hazırlığın 11-ci günündə komandamız 2 məşqlə kifayətlənib. Dünən 25 dərəcə istilik müşahidə olunan Antalya iqlim şıltaqlığının qurbanı olub. Belə ki, səhər narın yağış yağsa da, axşam leysan müşahidə olunub. Belədə komandamızın 2-ci hazırlığında bir qədər dəyişiklik olub. Cəmi bir saat çəkən məşq zamanı sadəcə 2 qapıya futbol oynanılıb.
Səhər məşqində isə ilk olaraq 10 dəqiqə nəbzlə kross qaçan futbolçular ardınca 8, 6 və 4 dəqiqə maneələri dəf edərək qapıya zərbə üzərində çalışan futbolçular sonda taktiki hazırlıq üzərində çalışıblar. Belədə günün ilk məşqi yekunlaşıb.