Antalya XI gün. Leysan yağış altında

single-news
23 Yan 2009

Antalya XI gün. Leysan yağış altında



`Qarabağ` Futbol Klubunun Antalyada çempionluq mücadiləsi üçün  təlim-məşq toplanışı davam edir. Hazırlığın növbəti günü bir məşqlə yadda qalıb. Bununsa iki səbəbi olub. Əvvala, Antalyada aramsız leysan yaığışının davam etməsi yaşıl meydançadan istifadə etməyi mümkünsüz edib. Belədə, səhərki çalışma trenajor zalında baş tutub. Təxminən 1,5 saat davam edən məşq zamanı ağır alətlərlə yanaşı ginastik çalışma da yerinə yetirilib. Digər səbəb isə sabah `kamp` müddətində 2-ci hazırlıq matçına çıxacağımızdan texniki korpus futbolçuları elə də yükləməmə qərarına gəlib. Rəqib isə Türkiyə təmsilçisi `Urfaspor` olacaq. 

 

Paylaş

// pop up