Antalya. XIX gün. Bir məşqlə
Antalya. XIX gün. Bir məşqlə
`Qarabağ` Futbol Klubunun Antalyada çempionluq mücadiləsi üçün təlim-məşq toplanışı davam edir. Bu gün komandamız bir hazırlıqla kifayətlənib. Sabah Ukrayna təmsilçisi `Zarya`yla qarşılaşacaq komandamızın baş məşqçisi Qurban Qurbanov futbolçulara 2-ci məşqdən azad edib. Bu zaman gənc çalışdırıcı oyunun bir qədər tez saat 11:00-da keçiriləcəyini nəzərə alıb.
Günün yeganə məşqinə qədər isə toplantı keçirilib. `Qarabağ`ımızın çalışşdırcısı təxminən 1 saat davam edən toplantıda futbolçulara uğura gedən yolda kollektivçiliyin əhəmiyyətindən danışdı. Futbolçularla bir-bir danışıb problemləriylə maraqlandı. Qurban bəy bir komandanın uğur qazanması üçün ailə olmalı olduqlarını bildirdi. Bir yumruq olduqları zaman qarşılarını kəsməyin mümkün olmayacaqlarını bildirdi.
Məşq isə çox yüksək əhval-ruhiyyədə keçib. Öncə fərqli maneələri dəf edərək qapıya zərbələr üzərində çalışan futbolçular sonra taktika üzərində çalışıblar. Sonda isə 2 qrupa bölünən komanda futbol oynayıb.
Nəzərinizə çatdıraq ki, Əfran İsmayılov və Maksim Medvedev bu gün də məşqlərə qatılmayıblar. Aftandil Hacıyev də sağ ayağında ağrı yarandığından məşqi yarıda buraxmağa məcbur olub.