Antalya. XIX gün. Ramazanov yox demədi...
Antalya. XIX gün. Ramazanov yox demədi...
`Qarabağ` Futbol Klubunun Antalyada çempionluq mücadiləsi üçün təlim-məşq toplanışı davam edir. Hazırlıq dönəmində xüsusi canfəşanlıqla çalışanlardan biri də komandamızın forvardı Zaur Ramazanovdur. Bu dəfə qoleadora mürəciət etdik və fikirlərini öyrəndik:` Bu toplantı lap yerinə düşdü. Artıq uşaqlar bir-birini yaxşı tanıyır. İlk dövrədə çempionatda çox qol vura bilməməyim səbəblərindən biri bu idi. Meydanda bir-birimizi başa düşmürdük ki, bu da normaldır. Amma indi belə bir problemimiz yoxdu. İnşallah, daha yaxşı çıxış edəcəyik. Yoxlama oyunları yerinə düşdü. Hiss olunur ki, `artım` var. İlk ayrıda belə çıxış etmişiksə indi daha asan olar bizə.
Forvard bombardirlik barəsində belə cavab verdi:` Düzdü, hücumçunun vəzifəsi qol vurmaqdır. Amma komanda uduzursa bombardir olmaq eşqi mənasız olur. Həm Nidal, həm də Vaqif 5 qol vurub. Çalışacam ki, onlar daha da çox qol vursun. Mənə gəlincə, problem yoxdur. 3 dənə het-trik eləsəm hamını keçərəm. Təki, komanda udsun, qalanı düzələr.`