Antalya XVI gün. Ayxan hazıram dedi...
Antalya XVI gün. Ayxan hazıram dedi...
`Qarabağ` Futbol Klubunun Antalyada çempionluq mücadiləsi üçün təlim-məşq toplanışı davam edir. Qış fasiləsində 3 transfer edən komandamız hədəfinin ciddi olduğunu göstərdi. Artıq bütün mövqelər üzrə 2 səviyyəli futbolçunun olması komandamızda sağlam rəqabət üçün şərait yaradıb. `Qarabağ`ımızın universal futbolçularından Ayxan Abbasov bu baxımdan baş məşqçinin tələblərinə uyğun gələnlərdəndir. Səbəbkarın İstanbulda əməliyyat olduğunu xəbər vermişdik. 27 yaşlı yarımmüdafiəçi saytımıza verdiyi açıqlamada bu haqda danışıb:` Şükürlər olsun ki, əməliyyat uğurla keçdi. Çempionatın ilk yarısında ağrılar olsa da, durumumuzun vacibliyini nəzərə alıb, əməliyyat haqqında düşünmürdüm. Düzdü, zədə mənə istədiyim kimi oynamağa mane olurdu. Amma, artıq hər şey geridə qalıb. Mübarizəyə hazıram. İnşallah, ötən mövsümdə olan Ayxan Abbasovu görə biləcəksiniz.`
Rəqabət barəsində suala isə Abbasov belə cavab verdi:` Əlbəttə, hər kəs komandanın uğurunu istəyir. Kim layiqdirsə o da oynasın. Özümə inanıram. Heç kimdən zəif deyiləm. Komandadakı rəqabət ancaq bizim `artırmağımıza` səbəb olacaq.`