Antalya XVI gün.Bu dəfə 2...

single-news
27 Yan 2009

Antalya XVI gün.Bu dəfə 2...



`Qarabağ` Futbol Klubunun Antalyada çempionluq mücadiləsi üçün  təlim-məşq toplanışı davam edir. Bu gün Antayada 4 günlük kəskin hava şəraitinin başa çatması Aralıq dənizi sahilində təlim-məşq toplanışı keçən  komandaları sevindirməyə bilməz. Son günlərdə komandamızın hazırlığında dəyişiklik yaransa da, bu gün 2 hazırlıq keçməyə müvəffəq olmuşuq. Günün ilk çalışması 10:30-da baş tutub. Təxminən 2 saat davam edən çalışmada isinmə hərəkətlərinin ardından futbolçular 3 dəfə 15 dəqiqəlik kross qaçıblar.  Ardınca topla fərqli çalışmalar yerinə yetirən çalışmalar sonda iki qapıya futbolla çalışmanı başa çatdırıblar. Günün 2-ci çalışma isə təmamilə topla- texniki və taktiki çalışma üzərində keçirilib.

Onu da nəzərinizə çatdıraq ki, zədəlilər sıraya dönsə də, U-21-in playmakeri Əfran İsmayılov belindəki ağrı səbəbindən səhərki çalşmada iştirak etməyib. Sedat Şahinin sol ayağında kiçik ağrı olsa da, başarılı yarımmüdafiəçi məşqdə iştirak edib.

Paylaş

// pop up