Antalya XVII gün. Qurbanov nə dedi?

single-news
28 Yan 2009

Antalya XVII gün. Qurbanov nə dedi?



`Qarabağ` Futbol Klubunun Antalyada çempionluq mücadiləsi üçün  təlim-məşq toplanışı davam edir. Komandamız növbəti hazırlıq matçında `Elazığspor`la (2:2) qarşılaşdığını xəbər vermişdik. Baş məşqçimiz matç sonrası verdiyi açıqlamada görüş haqqında fikirlərini bildirib:` Oyunun maraqlı alındığını qeyd edə bilərəm. Düzdü, qələbə qazana bilmədik. Amma oyunboyu futbolçuların top saxlamağından razı qaldım. Qışda  sıralarımıza 3 yeni oyunçu qoşulub. Onların komandaya uyğunlaşması üçün vaxt lazımdı. İndi yetərli heyətə malikik. Elə bir komanda  yaratmaq istəyirik ki, fərdlərdən asılı olmasın. Çempionata 70 faiz hazır olduğumuzu qeyd edə bilərəm. Amma qarşıda 2 həftə qaldığını nəzərə alsaq `Bakılı`yla matça fikirləşdiyimiz formada çıxa biləcəyik.`

Paylaş

// pop up