Antalya XVII gün.2-cidə 2:2...

single-news
28 Yan 2009

Antalya XVII gün.2-cidə 2:2...



`Qarabağ` Futbol Klubunun Antalyada çempionluq mücadiləsi üçün  təlim-məşq toplanışı davam edir. Komandamız bu gün qardaş ölkədə növbəti hazırlıq matçını keçirib. Rəqibimiz isə `Elazığspor` idi. Komandamız bu görüşdən əvvəl milli yollanması səbəbindən Fərhad Vəliyev və Vaqif Cavadovun, zədə ucbatından isə Ayxan Abbasov və Əfran İsmayılovun xidmətindən məhrum idi. Belə də,  komandamız meydana ilk yarıda  bu heyətlə çıxmışdı.

Sahil Kərimov (Osman Umarov), Aftandil Hacıyev (Zekeriyya Ramazani), Admir Teli, Maksim Medvedev (Zaur Həşimov), Elnur Abdullayev (Azər Məmmədov), Aslan Kərimov (Namiq Yusifov), Emin İmaməliyev (Artim Şakiri), Rəşad Sadiqov (Tagim Novruzov),  Sedat Şahin (Qara Qarayev), Rauf Əliyev (Natiq Kərimi), Nidal Fərhadoviç (Zaur Ramazanov).

Göründüyü kimi komandamızın çalışdırcısı Teli isitisna olmaqla bütün futbolçuları sınama imkanı əldə etdi. Matça gəlincə, komandamız oyuna hücumlarla başladı. Öncə Sedat ardınca Rauf qapıya düşə bilmədi. Ümumiyyətlə, bu oyunda gənc Raufun 2 zərbəsini müdafiəçilərin boş qapıdan çıxardığını qeyd edək. Əvəzində 23-cü dəqiqədə Sedat gözəl qola imza atdı. Raufun başladığı hüçum sonunda Aslan topu Sedata ötürdü, bosniyalı isə akrobatik zərbəylə topu tora göndərdi. Qoldan sonra da ərazi üstünlüyü bizdə olsa da, rəqib gözlənilmədən hesabı bərabərləşdirdi. 31-ci dəqiqədə Engin cərimə zərbəsini `9`luğa göndərdi. Az sonra daha bir qol gördük qapımızda Kazım künc zərbəsindən sonra başla dəqiq oynadı.

Qoldan sonrakı 1 saatı tək qapıya oynayan komandamız sadəcə bir dəfə istəyinə nail ola bildi. Zaur Ramazanovun qolunu görməyə dəyərdi. Forvard sol ayağı ilə 35 metrdən topu `9`luğa `ilişdirdi`.

Qoldan sonra 30 dəqiqəlik qələbə üçün vaxt qalsa da, Zaurlar, Rauf, Şakiri, imkanlarından istifadə edə bilmədi və görüş 2:2 hesabıyla başa çatdı.

Oyundan maraqlı anlar FOTOQALAREYA bölümündə..

Paylaş

// pop up